Azərbaycan Tokio-2020-ni 3 gümüş və 4 bürünc medalla başa vurdu

7 Avqust 2021 20:59

Azərbaycanın milli Olimpiya komandasının "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.

Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar.

Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyev final qarşılaşmasında rəqibin son saniyələrdə qazandığı xal sayəsində uduzub. Yunan Roma-güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar.

Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.

Tokio-2020-ni 7 medalla başa vuran (3 gümüş, 4 bürünc) Azərbaycan 67-ci pillədə yer alır.
 

yer

 

ölkə

qızıl

gümüş

bürünc

cəmi

1

Çin

38

31

18

87

2

ABŞ

36

39

33

108

3

Yaponiya

27

12

17

56

4

Rusiya OK

20

26

23

69

5

Böyük Britaniya

20

21

22

63

6

Avstraliya

17

7

22

46

7

Almaniya

10

11

16

37

8

Niderland

10

11

12

33

9

İtaliya

10

10

19

39

10

Fransa

9

12

11

32

Milli.Az