"Çox pul xərcləyirəm" - Aynişan

7 Avqust 2021 15:22

"Maddi xərcim çoxdur. İnstaqramda qazancımın 80 faizini elə ora xərcləyirəm. Qışda yay geyimi ilə kamera qarşısına keçirəm. Günlərlə xəstə yatıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva "Günün sədası" proqramında deyib. O, İnstaqramdakı fəaliyyətindən danışıb:

"Deyirlər, nə edirsən ki, şəkil çəkdirirsən. Amma çox əziyyətdir. Ora çox pul xərcləyirəm. Böyük məsuliyyət tələb edir. İzləyicinin inamını qazanmaq və saxlamaq lazımdır".

Milli.Az