Messi "PSJ"də?

7 Avqust 2021 10:42

Fransanın "Pari Sen-Jermen" klubu argentinalı hücumçu Lionel Messi ilə danışıqları bitirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində klub sahibinin qardaşı Həlifə ben Həmad Əl-Tani bildirib.

Məlumatda qeyd olunub: "Danışıqlar rəsmən başa çatıb. Elan daha sonra veriləcək". Həmin yazıya futbolçunun "PSJ" formasında şəkli əlavə edilib.

Qeyd edək ki, avqustun 5-də "Barselona" klubu L.Messinin getməsi barədə rəsmi açıqlama verib.

Milli.Az