Krasnoyarskda evləri tüstü basdı

7 Avqust 2021 10:35

Rusiyada meşə yanğınlarının tüstüsü Krasnoyarska çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin Mətbuat xidməti yayıb. 

Qeyd olunur ki, ümumilikdə Krasnoyarsk diyarında 400-ə yaxın yaşayış məntəqəsi tüstünün təsirinə məruz qalıb.

Bildirilir ki, buna səbəb Krasnoyarsk diyarında, İrkutsk vilayətində və Saxa Respublikasında (Yakutiya) hazırda davam edən meşə yanğınlarıdır.

Milli.Az