İmişlidə qayınata kürəkənini bıçaqlayıb

7 Avqust 2021 08:18

İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Babayev Rəhman Pəhləvan oğlu ailə münaqişəsi zəminində qayınatası tərəfindən bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, R.Babayev ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az