FHN-in alay komandiri: "Tapşırıqları icra edəcəyik"

7 Avqust 2021 08:08

"Qardaş ölkədə baş verən yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 4-cü qrupu Türkiyə Respublikasına gəlib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik-leytenant Məmməd Xəlilli deyib.

O bildirib ki, qrup heyəti 200 nəfərdən ibarətdir: "Qrupun şəxsi heyəti fərdi yanğınsöndürmə avandanlıqları ilə təmin olunub. Hazırda təhkim olunmuş ərazilərdə tapşırıqları icra edəcəyik".

Milli.Az