Dənizdə batan 2 nəfər xilas edilib

7 Avqust 2021 08:43

Avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "Nardaran 2" və "Şüvəlan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 2 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.

Milli.Az