Şirvan sakini narkotik aludəçisi tərəfindən bıçaqlanıb

7 Avqust 2021 08:33

Şirvan sakini, 1987-ci il təvəllüdlü Tağıyev Orxan Telman oğlu narkotik aludəçisi olan həmyerlisi tərəfindən bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, O.Tağıyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az