Türkiyədə 4 bal gücündə zəlzələ olub

6 Avqust 2021 23:05

Türkiyənin Muğla vilayətində 4 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 19:10-da qeydə alındığını bildirib.

Qeyd edək ki, episentri Egey dənizinin Datça sahilindən 33 kilometr uzaqlıqda baş verən təkan yerin 17,6 kilometr dərinliyində qeydə alınıb.

Milli.Az