Gürcüstanda bir gündə iki zəlzələ

6 Avqust 2021 22:25

Bu gün Gürcüstanda iki zəlzələ qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün Tbilisi vaxtı ilə saat 19:25-də Dmanisi rayonunun Sameba kəndində 3,4 bal gücündə zəlzələ baş verib.

Qeyd olunub ki, bundan əvvəl isə 12:55-də Tbilisidən 25 kilometr məsafədə, Bolnisi yaxınlığında 3,5 bal gücündə zəlzələ olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Milli.Az