Yanğınsöndürənlərimizdən ibarət dördüncü qrup bu gün Türkiyəyə yola düşəcək

6 Avqust 2021 17:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti - dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

Milli.Az