Britaniyada 28 mindən çox insanda koronavirus aşkarlanıb

7 Avqust 2021 23:39

Böyük Britaniyada son sutka ərzində 28 612 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 042 252 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 103 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 130 281 nəfərə çatıb.

Milli.Az