Bu çayı içənlər gec qocalır

6 Avqust 2021 20:15

Çobanyastığı çayı qadınlarda ölüm riskini azaldır.

Milli.Az xəbər verir ki, Texas Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri zamanı bu qənaətə gəlinib.

Araşdırmaçılar 5 fərqli əyalətdə yaşayan 1 677 amerikalı üzərində sınaqlar keçiriblər. Çobanyastığı çayının ölüm riskini 29 faiz azaltdığı təsbit edilib.

Qeyd edək ki, nəticələr yanlız qadınlar üçün keçərlidir.

Araşdırmanın nəticələri Gerontoloq jurnalında dərc edilib. /medicina.az

Milli.Az