Yaponiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

6 Avqust 2021 14:22

Yaponiyada bugünədək koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 15 mindən çox yeni yoluxma qeydə alınıb.

Bugünədək ölkədə koronavirusdan ölənlərin sayı isə 15,2 min nəfərə çatıb.

Qeyd edək ki, paytaxt Tokioda iyulun 12-dən etibarən epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu səbəbdən Tokio 2020 Yay Olimpiya Oyunları tamaşaçısız keçirilir.

Milli.Az