Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazandı - YENİLƏNİB

6 Avqust 2021 16:52

16:52

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində finala yüksəlmiş azərbaycanlı karateçi Rəfael Ağayev italiyalı Luici Buza qarşılaşıb.

Trend-in məlumatına görə, R.Ağayev hesabı ilə rəqibinə məğlub olub. Bununla da o, Azərbaycan adına Olimpiya Oyunlarının ilk gümüş medalını qazanıb.

Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi, yarımfinalda isə macarıstanlı rəqibini üstələmişdi.

--------

16:19

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev yarımfinal mərhələsində macarıstanlı karateçi Qabor Harspataki ilə üz-üzə gəlib.

Trend-in məlumatına görə, R.Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi.

---------

14:18

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev üçüncü görüşündə Qazaxıstan idmançısı Nurkanat Ajikanovla qarşılaşıb.

Trend-in məlumatına görə, R.Ağayev rəqibini 3:2 hesabı ilə məğlub edib və yarımfinala çıxıb.

Qrup mərhələsinin son görüşündə Ağayev italiyalı Luici Buza ilə qarşılaşacaq.

--------

13:35

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ikinci görüşündə Avstraliya idmançısı Tsuneari Yahiro ilə qarşılaşıb.

Trend-in məlumatına görə, R.Ağayev 5:0 hesabı ilə rəqibinə qalib gəlib.

Növbəti görüşlərdə karateçimiz Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

12:35

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ilk görüşdə almaniyalı rəqibi Nikolas Bitçlə qarşılaşıb.

O, rəqibini 2-1 hesabı ilə üstələyib.

Növbəti görüşlərdə karateçimiz Avstraliya idmançısı Tsuneari Yahiro, Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

Milli.Az