Bu da Kamil Dünyamalıyevin ailəsi - VİDEO

6 Avqust 2021 18:24

Fövqəladə Hallar Nazirliyinin qəhrəman əməkdaşlarından biri də 31 yaşlı Kamil Dünyamalıyevdir. İnsan qədər bayrağa da önəm verdiyini söyləyən xilaskar həmvətənimiz yalnız sözdə deyil, əməldə də bunu sübut etdi.

O, odun-alovun içərisindən Türkiyə bayrağını çıxardaraq, yanmasına imkan vermədi.

Milli.Az xəbər verir ki, Baku TV əməkdaşları qəhrəman Kamilin ailəsinin qonağı olub.

Kamilin atası Nurəli Dünyamalıyev bildirib ki, oğlunun bu hərəkətini hamı kimi o da televiziya vasitəsi ilə görüb.

Daha ətraflı süjetdə:

Milli.Az