Marmarisdən xoş xəbər gəldi : "Nəhayət başa çatdı"

6 Avqust 2021 11:36

Türkiyənin Marmaris bölgəsində 8 gündür davam edən yanğınlar söndürülüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə yerli bələdiyyə sədri Məhmət Oktay açıqlama verib. O yazılı açıqlamasında qeyd edib:

"Yanğın nəhayət başa çatdı və soyutma işlər başlayıb. Əməyi keçən başda meşə işçiləri olmaqla hamıya təşəkkür edirəm".

Milli.Az