Gürcüstanda koronavirusdan ölənlərin sayı 6 mini keçib

6 Avqust 2021 12:52

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 780 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 440 353, ölənlərin sayı isə 6 016 nəfərə çatıb. Virusa yoluxanlardan 395 505 nəfərin sağaldığı bildirilir.

Milli.Az