Son sutkada "Taliban"ın 406 yaraqlısı məhv edilib

6 Avqust 2021 11:28

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 406 yaraqlısını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Zabul, Ləğman, Qəzni, Paktia, Xost, Nəngərhar, Herat, Qəndahar, Cövzcan, Səməngan, Fəryab, Sar-e Pol, Hilmənd, Bəlx, Təxar, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 406 "Taliban" yaraqlısı öldürülüb, 209-u isə yaralanıb.

Milli.Az