Saxta pul kəsən tutuldu
1 May 2010 12:15
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, yaxalanan Babək Həsənov Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə axtarışda olub.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində B.Həsənov aprelin 30-da tutulub.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az