"Fotoşopu gülmək üçün edirəm" - Seda Sayan

6 Avqust 2021 09:05

Türkiyəli müğənni Seda Sayan ziynət əşyası mağazasından çıxarkən müxbirlərlə söhbət edib.

Milli.Az axşam.az-a xəbər verir ki, sənətçi müxbirlərin "Qızılları yatırım üçün alırsınız" sualına belə cavab verib:

"Yatırım üçün heç vaxt qızıl almaram. Ya bəyəndiyimi alaram, ya da dəyişdirərəm".

Sənətçi sosial şəbəkədə şəkillərini fotoşop edilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib:

"Şəkillərdə dəyişiklik etməyi sevirəm. Bəzən gülmək üçün edirəm. Gülmək üçün etdiklərimə bəziləri tez reaksiya verir. Tənqid etməklərinə fikir vermirəm"

Milli.Az