İtaliyalı mafiya başçısı ələ keçirilib

5 Avqust 2021 23:59

Madrid polisi Ndranqeta cinayətkar qruplaşmasının başçısı Domeniko Pavilyanitini ələ keçirib.

Bu barədə "Associated Press" məlumat verib.

Məlumata görə, 60 yaşlı mafiya lideri saxta Portuqaliya pasportu ilə saxlanılıb.

Qeyd edək ki, yanvar ayında Pavilyanitini silsilə cinayətlər səbəbindən İtaliya məhkəməsi tərəfindən qiyabi şəkildə 12 illik həbs cəzasına layiq görülüb. Bundan öncə isə o, ömürlük azadlıqdan məhrum etmə cəzası alıb, lakin 2019-cu ildə azadlığa buraxılıb.

Milli.Az