Burcu Esmersoy yanğın bölgəsinə göndərilən qutuları daşıdı - FOTO

5 Avqust 2021 19:24

Məşhur aparıcı Burcu Esmersoy Türkiyədə davam edən yanğınlardan sonra fəlakət qurbanlarına yardım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı kompaniya başladaraq həmin ərazilərdə ehtiyac duyulan ləvazimatları toplayıb. O, əşyaların qablaşdırılması və paylanması prosesində də yaxından iştirak edib.

Qutuları kürəyində daşıyarkən görüntülənən Burcunun bu addımı müsbət qarşılanıb.

Milli.Az