Ballakın oğlu öldü

5 Avqust 2021 21:59

Futbol üzrə Almaniya millisinin, "Bavariya" və "Çelsi" klublarının sabiq yarımmüdafiəçisi Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, 18 yaşında motosiklet qəzasında vəfat edib.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. Qəza Portuqaliyanın paytaxtı Lissabonun cənubunda, Ballakın evinin yaxınlığında baş verib.


Milli.Az