Mahir Emreli ÇL-da bu göstəricidə ilk "3-lük"də

5 Avqust 2021 16:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Polşanın "Legiya" klubunda forma geyinən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 5 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən üç futbolçudan biridir.

24 yaşlı hücumçu 7 dəfə çərçivəni dəqiq nişan alıb. Onun zərbələrinin 2-si qolla nəticələnib, 3-ü hədəfdən yayınıb.

İsveçrənin "Yanq Boyz" komandasından Ebişer Mişel və Bolqarıstan "Lüdoqorets"indən Bernard Tekpetey eyni sayda dəqiq zərbə endirib.

Qeyd edək ki, "Legiya" III təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada Zaqreb "Dinamo"su ilə heç-heçə edib - 1:1. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Milli.Az