İranda ötən sutkada 434 nəfər koronavirusdan ölüb

5 Avqust 2021 15:18

İranda ötən sutka ərzində 434 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 92 628 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 3 8674 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4 057 785 nəfərə çatıb.

Milli.Az