Rusiyada yerli elektrikli avtomobillərə 25% endirim təklif olunacaq

5 Avqust 2021 21:01

İqtisadi İnkişaf Nazirliyi və Sənaye və Ticarət Nazirliyi Rusiya Federasiyasında elektrikli avtomobillərə olan tələbatın stimullaşdırılması mexanizmini təklif ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, İqtisadi İnkişaf Nazirliyinin saytında verilən məlumata görə, yerli elektrik avtomobillərin alıcılarına 25% endirim veriləcək - qiyməti 2,5 milyon rubl olan bir avtomobil üzrə endirim 625 min rubl olacaq.

"Rusiyanın İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov, Rusiya Federasiyasının Sənaye və Ticarət nazirinin müavini Aleksandr Morozovla birlikdə elektrikli avtomobillərdə endirim əldə etmə şərtlərini razılaşdırıb. Alıcılar üçün maksimum endirim 25% -dir (yəni 2,5 milyon rubl olan bir avtomobilin dəyərindən 625 min rubl). Endirim Rusiyada lokallaşdırılmış elektrikli avtomobillərə veriləcək", - deyə məlumatda bildirilir.

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi may ayında TASS -a bildirib ki, 2021-ci ildə hidrogen və elektrikli nəqliyyat vasitələrinin hazırlanmasını dəstəkləmək üçün 1 milyard rubl ayırılması planlaşdırır.  

2024 -cü ilə qədər elektrikli avtomobillər üçün təxminən 2,9 min "sürətli" şarj stansiyasının istifadəyə verilməsi planlaşdırılır və 2030 -cu ilə qədər onların sayı 27 minə çatacaq.

Milli.Az