Aktyor qalmaqallı məhkəmədə ilk qələbəsini qazandı

5 Avqust 2021 14:28

Qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Amber Hard arasındakı mübahisə bitmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 58 yaşlı aktyor "arvadını döyən adam" olaraq onu təqdim edən "The Sun" məhkəməyə verdikdən sonra uduzsa da mübarizəsindən əl çəkməyib.

C.Depp keçmiş həyat yoldaşı Amberin 2017-ci ildə boşandığı zaman aldığı 7 milyon dolları mənimsədiyini sübut etmək üçün məhkəməyə müraciət edib. Aktyorun vəkilləri Amberin bu pulu xeyriyyə məqsədilə Los-Ancelesdəki uşaq xəstəxanasına bağışlayacağını desə də belə bir ianənin reallaşmadığını bildiriblər.  

"Page Six" portalı Conninin məhkəmədə keçmiş həyat yoldaşına qarşı qaldırdığı iddianı qazandığını açıqlayıb. Hazırda Nyu-York məhkəməsi aktrisadan ianələrlə bağlı məlumatı açıqlamağı tələb edib.

Conni keçmiş həyat yoldaşı ilə qanuni apardığı mübarizədə ilk dəfə məhkəmənin qərarından məmnun olduğunu bildirib. Çünki Hardın bu hərəkəti Deppin Britaniya mətbuatına qarşı qaldırdığı böhtan iddiası ilə bağlı şikayətinə müsbət təsir edə bilər. Amberin yalanlarının üzə çıxacağı təqdirdə, aktyorun davasına yenidən baxılacaq.

Milli.Az