TikTok özünün Stories funksiyasını istifadəyə verib

5 Avqust 2021 20:30

Qısa videolar formatı istifadəçilər arasında çox məşhurlaşıb. TikTok servisi isə bu formatın bütün dünyada daha çox məşhurlaşmasına gətirib çıxartdı. Hal hazırda bu servis rekord göstəricidə gəlir gətirir və bütün dünya üzrə ən çox yüklənən tətbiqlər sırasında yer alır. Əgər siz TikTok-dan istifadə edirsinizsə, deməli onun əyləncəli funksiyalarından xəbərdarsınız. Lakin məlum olub ki, ByteDance şirkəti servisin daha bir funksiyası üzərində çalışır və yeni funksiya bazardakı digər rəqiblər olan Instagram və Snapchat-dan ilhamlanıb.

Söhbət, TikTok Stories-dən gedir. Adından da bəlli olduğu kimi istifadəçilər bu funksiya sayəsində öz hesablarına Stories paylaşımlarını əlavə edə biləcəklər və həmin paylaşımlar 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Digər TikTok istifadəçiləri isə paylaşılmış Stories-ə reaksiya verə və rəy bildirə biləcəklər. Bundan əlavə olaraq istifadəçilər müxtəlif musiqilər və mətnlər vasitəsilə kreativ Stories videoları da yarada biləcəklər. Hal hazırda TikTok Stories funksiyası test rejimində çalışır. Lakin buna baxmayaraq artıq istifadəçilərin çox hissəsi bu funksiyanı əldə edib. 

Milli.Az