Günün qoroskopu
3 May 2010 07:00
Göyün mənzərəsi
3 aprel, bazar ertəsi XX Ay günü.
Günəş - Bağada, Ay - Oğlaqda, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - İşləriniz istədiyiniz kimi yaxşı getmir. Hər tərəfdən çoxsaylı problemlərlə əhatələnmisiniz. Əsəblərinizi qoruyun, səhhətinizə fikir verin.
Buğa - Gücünüz çoxdur. Fəaliyyətinizin hər bir sahəsində uğur sizinlə olacaq. Gününüzü xeyirsiz işlərə sərf etməyin.
Əkizlər - Çoxsaylı problemlərlə üzləşəcəksiniz, onlardan ən asan bildiyinizi yoluna qoymağa çalışın. Maddi vəziyyətiniz çətin olaraq qalır.
Xərçəng - İşləriniz yaxşı alınacaq. Fəaliyyət sahənizi genişləndirməyə çalışın. Ünsiyyətlərinizi çoxaldın. Vəziyyətinizi yaxşılaşdırmaqi imkanlarınız var.
Şir - Çətin keçən bu gündə hər şeyə reaksiya göstərməyin. Maddi imkansızlıq sizi bir sıra çətinliklər qarşısında qoyur. Səhhətinizə qarşı diqqəti artırın.
Qız - Özünüzü gümrah hiss edəcəksiniz. Maddi vəziyyətiniz yaxşılaşdırmaq şanslarınız var. Mübahisələrə baş qoşmayın.
Tərəzi - İşləriniz çətinlikldə alınınr. Səhhətinizlə bağlı problemləri həll etməlisiniz. Ailədaxili münasibətlərdə hər iş istədiyiniz kimi gedir.
Əqrəb - Gücünüz çoxdur, işləriniz alınacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaqla bağlı hər bir işdə uğurunuz var.
Oxatan - Problemləriniz çoxdur. Onların demək olar ki, heç birini həll edə bilmirsiniz. Səhhətinizə qarşı diqqətinizi artırın.
Oğlaq - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Fəaliyyətinizdəki problemləriniz asta-asta həll olunmaqdadır. Biznes sahəsində uğurlarınız çoxdur.
Dolça - Kəskin problemlərlə üzləşəcəksiniz. Qəti qərar vermək məsləhət deyil. Maddi vəziyyətinizi yaxşılaşdırmaq yönündə çalışmalısınız. Səhhətinizə diqqətinizi artırın.
Balıqlar - İşləriniz yaxşı gedəcək. Özünüzü güclü hiss edəcəksiniz. Biznes planlarını həyata keçirmək sizin üçün problem deyil.
Milli.Az