Kapital Banka online müraciət imkanı
14 Fevral 2012 12:24
Kapital Bank öz müştərilərinə daha da yaxın oldu. İndiyə qədər müxtəlif məsələlərlə bağlı ya Bankın filiallarına, ya da 196 nömrəli müştəri xidmətinə müraciət etmək mümkün idi. İndi Bankla ünsiyyət imkanı bir qədər də genişləndi.
Kapital Bankın internet səhifəsində online müraciət bölməsi istifadəyə verilib. Hər bir internet istifadəçisi www.kapitalbank.az saytında bu bölməyə daxil olmaqla xidmətdən istifadə edə bilər. Kapital Bank əməkdaşları həftənin 7 günü, günün 24 saatı ərzində müraciətləri online rejimdə cavablandıracaqlar.
Bu xidmət vasitəsilə Kapital Bankın təklif etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumat almaq, müxtəlif məsələlərlə bağlı suallar vermək, qarşıya çıxan bir sıra problemləri operativ şəkildə aradan qaldırmaq olar.
Milli.Az