Bakıda muzdla çalışan işçilərin sayı və maaşı məlum olub

5 Avqust 2021 23:05

Bakıda muzdla çalışan işçilərin sayı bilinib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2021-ci ilin yanvar-may aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10354 nəfər artaraq 859432 nəfər olub.

2021-ci ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,0 faiz azalaraq 944,4 manat təşkil edib.

Milli.Az