İranda meşə yanğınlarında 4 nəfər həlak olub

5 Avqust 2021 12:46

İranın Fars vilayətinin Firuzabad əyalətində Hayqar boğazında baş verən meşə yanğınları nəticəsində dörd nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, gecə saatlarında baş verən yanğınların qarşısı səhər saatlarında alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmaması üçün lazımi tədbirlər görüblər.

Həlak olan şəxslər yanğınsöndürənlərə yardım üçün gəlmiş könüllü vətəndaşlar olub. Onlar alovlar içində qalaraq həyatlarını itiriblər.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az