Son sutkada "Taliban"ın 303 yaraqlısı məhv edilib

5 Avqust 2021 13:04

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 303 yaraqlısını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Zabul, Ləğman, Qəzni, Paktika, Nəngərhar, Herat, Qəndahar, Cövzcan, Səməngan, Fəryab, Sar-e Pol, Hilmənd, Nimruz, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 303 "Taliban" yaraqlısı öldürülüb,125-i isə yaralanıb.

Milli.Az