Kiprli azarkeşlərlə "Qarabağ" futbolçuları arasında qarşıdurma

5 Avqust 2021 22:33

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin hazırda keçirilən AEL (Kipr) - "Qarabağ" oyununun vaxtında başlamamasının səbəbi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün start fitindən əvvəl yerli azarkeşlərlə "Qarabağ"ın ehtiyat oyunçuları arasında qarşıdurma yaranıb.

AEL nümayəndələrinin müdaxiləsindən sonra azarkeşlər sakitləşdirilib və gərginlik aradan qaldırılıb. Nəticədə 21:00-da başlamalı olan görüşün start fiti bir neçə dəqiqə ləngiyib.

Qeyd edək ki, Larnaka şəhərindəki "AEK Arena"da keçirilən matçda hazırda fasilədir və hesab açılmayıb.

Milli.Az