Pensiya alanlara şad xəbər

5 Avqust 2021 09:52

Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Milli.Az