Mahir 75 dəqiqə oynadı, komandası heç-heçə etdi - Çempionlar Liqası

5 Avqust 2021 08:48

Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" (Varşava) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Polşa təmsilçisi Xorvatiya "Dinamo"su (Zaqreb) ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Mahir Emreli  start heyətdə meydana daxil olub və 75-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

4 avqust

"Dinamo" (Zaqreb) - "Legiya" (Varşava) - 1:1
Qollar: Petkoviç, 60 (1:0), Muci, 82 (1:1)
Milli.Az