Bu şəhərdə vaksin olunmayanlara çörək satılmayacaq

4 Avqust 2021 22:15

İstanbulun 6 qəsəbəsində peyvənd olunmayanlara çörək satılmayacağı ilə bağlı qərar qəbul edilib.

Milli.Az xəbər verir ki, qərar hələ ki Bakırköy, Güngörən, Bağcılar, Bahçelievler, Bayrampaşa və Esenlər qəsəbəsində həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyədə son günlərdə virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bu üsulla insanları peyvənd olunmağa cəlb etmək istəyirlər. /medicina.az

Milli.Az