ÜST-dən vaksinin üçüncü dozasının vurulması ilə bağlı açıqlama

4 Avqust 2021 19:12

Dünya ictimaiyyəti koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, bu, vaksinlərin dünyada qeyri-bərabər paylanmasının qarşısını almaq üçün lazımdır: "ÜST vaksinlərin dünya ölkələri üzrə paylanmasına nəzarət edir və bunu davam etdirəcək. Təşkilat dəfələrlə zəngin ölkələri azgəlirli ölkələrlə peyvəndləri paylaşmağa çağırıb. Amma vaksinlərə çıxış imkanlarında qeyri-bərabərlik qalmaqdadır".

ÜST rəhbəri əlavə edib ki, bu günədək dünyada 4 milyard vaksin olunub və bunun 80 faizi yüksək və ortagəlirli ölkələrin payına düşüb.

Milli.Az