Orta məktəblər sentyabrda açılacaq?

4 Avqust 2021 18:14

Təhsil naziri Emin Əmrullayev orta məktəblərin açılıb-açılmayacağı ilə bağlı suala cavab verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkədə canlı yayım zamanı nazir bildirib ki, bununla bağlı danışmaq hələ tezdir.

"Çalışacağıq ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat verək" - deyə, nazir qeyd edib.

Milli.Az