Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat və ingilis dili fənni üzrə imtahanlar nisbətən çətin olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bu, heç də həmin müəllimlərin digərlərindən daha az savadlı olduğunu göstərmir:
"Həm riyaziyyat, həm də ingilis dili müəllimləri üçün ballar nisbətən zəif olubsa, bu, verilən vaxtla bağlı ola bilər. Suallar asan olsaydı, bütün şkala sürüşəcəkdi".
Milli.Az