"Sürətlə başlayan münasibət tez də bitdi"

4 Avqust 2021 19:45

Türkiyəli müğənni Murad Dalkılıç yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı gecə məkanların birində ətrafındakı qadınlardan biri ilə səmimi şəkildə görüntülənib.

Aktrisa Sitare Akbaşla eşq yaşayan Muradın münasibətlərinə son qoyduğu məlum olub. Bu haqda danışan Murad "Sürətlə başlayan münasibət tez də bitdi" qısa şərhini verib.

Qeyd edək ki, Murad Dalkılıç S.Akbaşdan əvvəl onun rəfiqəsi Hande Erçellə sevgili idi.

Milli.Az