Aktyor Con Travolta həyat yoldaşını itirdikdən sonra ABŞ-dakı malikanəsini satışa çıxarıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1.2 kvadratmetrlik sahil ərazisi olan villa təhlükəsizliyi ilə diqqət çəkir. Ərazinin ətrafı tamamilə yaşıllıqla örtülüb.
Mülkün satış qiyməti 4 milyon dollardır (6 milyon 795 min manat).
Villada beş yataq, yemək otağı, studiya və mətbəx var.
Qeyd edək ki, aktyorun həyat yoldaşı Kelli Preston ötən il xərçəngdən vəfat edib.
Milli.Az