Paşinyan sabah İrana gedir

4 Avqust 2021 18:18

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səfər avqustun 5-i baş tutacaq. 

Ermənistan hökumətinin yaydığı məlumata görə, N.Paşinyan səfəri çərçivəsində İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. 

Paşinyan həmçinin İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək.

Milli.Az