İran təyyarəsi İraqda uçuş zolağından çıxdı

4 Avqust 2021 17:46

İranın "Qeşm Air" hava yollarına məxsus "Airbus A320" təyyarəsi İraqın Nəcəf şəhər hava limanında uçuş zolağından çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, təyyarə Nəcəf hava limanında Tehranın İmam Xomeyni adına hava limanına uçmağa hazırlaşarkən uçuş zolağından çıxıb və quma batıb.

Məlumata görə, hadisə nəticəsində təyyarə sərnişinlərindən xəsarət alan olmayıb.

Sərnişinləri Tehrana aparmaq üçün yeni təyyarə göndərilib.

Milli.Az