Tokio-2020: Ukraynanın ilk qızıl medalını Ali Radanın deputatı qazandı

4 Avqust 2021 16:58

Ukraynalı deputat Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi finalda macarıstanlı Viktor Lorintsə 3:1 hesabı ilə qalib gələrək qızıl medal əldə edib.
Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub.
Qeyd edək ki, Jan Belenyuk Ukrayna Ali Radasının deputatıdır.

Milli.Az