Ermənistanda 30-dan çox adam kanatın kabinəsində asılı vəziyyətdə qalıb

8 Avqust 2021 23:04

Ermənistanın Sünik bölgəsində uzunluğu 5,7 kilometr olan kanat xətti elektrikin kəsilməsi səbəbdən dayanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, kanatdan asılı qalan kabinələrdə 30-dan çox ziyarətçi var.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Faktı təsdiqləyib.

Qeyd edilib ki, hadisə vaxtı kabinələrdən birində 20-22, digərində isə 10-15 nəfər olub.

Kanatda hərəkət dayandırılıb.

Milli.Az