Xaçmazda "QAZel" alovlanıb

8 Avqust 2021 21:29

Xaçmaz rayonunun Bayoba kəndində bağ sahəsində "QAZel" markalı yük avtomobil yanıb,

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, maşının ətrafında 500 m² sahədə kol-kos və quru ot sahəsi də yanıb.

Bağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az