Ermənistanda COVID-19-a yoluxanların sayı 230993-ə çatıb

4 Avqust 2021 12:14

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 280 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 993-ə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 625 nəfərə çatıb.

Milli.Az