Latviyada təyyarə qəzaya uğrayıb: Ölən və xəsarət alan var

8 Avqust 2021 19:38

Latviyada şəxsi təyyarə qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə nəticəsində təyyarənin pilotu həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.

Məlumata əsasən, nəqliyyat vasitəsinin göyərtəsində cəmi iki nəfər Latviya vətəndaşı olub.

Qəzanın baş vermə səbəbləri aydınlaşdırılır.

Milli.Az